22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Bloomberg”: ABŞ G7-yə Rusiya aktivləri ilə təmin olunmuş 50 milyard dollarlıq istiqraz buraxmağı təklif edib

22-03-2024

ABŞ G7-dəki müttəfiqlərinə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya dəstək məqsədilə 50 milyard dollarlıq istiqrazların buraxılması üçün istifadə mexanizmi yaratmağı təklif edib.

Fhnews.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, təşəbbüslə bağlı müzakirələr ilkin mərhələdədir. Bəzi ölkələr, o cümlədən Almaniya və Fransa bununla bağlı ehtiyatlı davranırlar. Eyni zamanda, bəzi Aİ ölkələri, o cümlədən Estoniya müttəfiqlərini daha cəsarətli olmağa çağırır.

Paylaş: