“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür
Cai ilin I rübündə “Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumu tərəfindən təqdim edilib.
Fhnews.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, bu ilin yanvar-mart aylarında “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə 80 min 349 xidmət göstərilib, onlardan 72 min 537-si (90,28 faiz) dövlət qurumlarının (“G2B”), 7812-si (9,72 faiz) isə özəl qurumların (“B2G”) xidmətləridir.
Biznes subyektlərinə göstərilmiş xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumu tərəfindən təqdim edilib. “Bakı KOB evi”nə müraciət edən sahibkarlar daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə - 64 min 133 (79,82 faiz), İqtisadiyyat Nazirliyinin tabeliyində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə - 5778 (7,19 faiz), Dövlət Vergi Xidmətinə - 1183 (1,47 faiz), Fövqəladə Hallar Nazirliyinə - 297 (0,37 faiz), Dövlət Gömrük Komitəsinə - 296 (0,37 faiz) müraciət ediblər.
Siyahıda növbəti yerlərdə İqtisadiyyat Nazirliyi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi qərarlaşıb.
Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri olan yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, lisenziya və icazələr, mənşə sertifikatı və digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.
“Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan “G2B” və “B2B” xidmətlər göstərilir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...