“Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət 5 dövlət qurumu tərəfindən göstərilib
Ötən il “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə 288 255 xidmət göstərilib ki, onlardan 268 min 927-si (93,29 faiz) dövlət qurumlarının (G2B), 19 min 328-i (6,71 faiz) isə özəl qurumların (B2B) xidmətlərdir.
Fhnews.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, bu xidmətlərin 266 mindən çoxu beş dövlət qurumu tərəfindən göstərilib. “Bakı KOB evi”nə müraciət edən sahibkarların çox hissəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətləri üçün müraciət edib – 233 min 751 (87,96 faiz) xidmət. Növbəti yerləri 22 min 165 (7,69 faiz) xidmətlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, 5662 (1,96 faiz) xidmətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 3114 (1,08 faiz) xidmətlə Dövlət Gömrük Komitəsi, 1424 (0,49 faiz) xidmətlə Fövqəladə Hallar Nazirliyi tutub. Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.
Qeyd edək ki, 2023-cü ildə Bakı, Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 371 mindən çox xidmət göstərilib. “Bakı KOB evi”ndə sahibkarlara 35 dövlət qurumu tərəfindən biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyəti zamanı zəruri olan 300-dən çox G2B və 15 özəl qurum tərəfindən 80-dən çox B2B xidmətlər göstərilir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti üçün zəruri olan sənədlər (lisenziya, icazələr, mənşə sertifikatı, investisiya təşviqi sənədi, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və s.), vergi, gömrük, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, bank, sığorta, daşıma, notariat və s. kimi xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...