“Aztelekom” Şabranda ev təsərrüfatı və biznes subyektlərinin 53 faizini yüksəksürətli internetlə təmin edib
“Aztelekom” MMC Şabran rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 53 faizinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
Fhnews.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Şabran şəhəri, Surra və Dəvəçi kəndlərində şəbəkənin tikintisi başa çatdırılıb.
Ümumilikdə, Şabran rayonu ərazisində 8080 ev təsərrüfatı və biznes subyektinin yüksəksürətli internetə çıxış imkanı təmin edilib. Hazırda Şabran şəhərində 4957 təsərrüfatdan 2220 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Yeni qoşulmalar davam etdirilir.
GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (“internet”, “internet + telefoniya”, “internet + televiziya”, “internet + telefoniya + televiziya”) təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...