2017-ci ildə “Çovdar” qızıl yatağında hasilat işlərinə başlayan “AzerGold” QSC istismar işləri ilə paralel ətraf ərazilərdə - Daşkəsən və Göygöl rayonlarında əlavə kəşfiyyat işləri icra edib.
Fhnews.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, nəticədə kəşf və tədqiq edilən yeni yataqların hesabına satılabilən qızıl ehtiyatı 179 min unsiyadan 778 min unsiyaya çatdırılıb. Bununla da “Çovdar” və cinahlardakı yataqlar üzrə ümumi satılabilən qızıl ehtiyatı bazasının 4 dəfədən çox artırılmasına nail olunub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...