23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

“Azərişıq” paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır

06-06-2024
IMG

Bakıda keçiriləcək COP29 ərəfəsində paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin (EDM) infrastrukturu yaradılır.

Fhnews.az xəbər verir ki, “Azərişıq” ASC-dən verilən məlumata görə, cari ilin mart-may ayları ərzində ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində, “İçərişəhər” yarımstansiyasında, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 110/35 kV-luq “Sea Breeze-1” yarımstansiyasında, Qala-Mərdakan yolu üzərində yerləşən ticarət müəssisəsinin ərazisində quraşdırma işləri başa çatıb.

Regionlardan Qəbələdə 110/35/10 kV-luq “Hacıalılı” yarımstansiyasında, Salyanda Ələt-Astara yolunun 71-ci kilometrliyində, Qarabağ və Şərqi Zəngəzurda isə 6 ərazidə - Zəngilan və Cəbrayıl elektrik şəbəkələrinin rəqəmsal idarəetmə mərkəzlərində, “Xocalı” və “Şuşa-1” yarımstansiyalarında, “Füzuli” rəqəmsal yarımstansiyasında, həmçinin “Hadrut” qovşaq yarımstansiyasında məntəqələr quraşdırılıb.

Proses bundan sonra da həm paytaxtda, həm də bölgələrdə davam etdiriləcək.

Paylaş: