“Azərişıq” investisiya layihəsi çərçivəsində Şəkinin elektrik şəbəkəsini yeniləyir
“Azərişıq” ASC investisiya layihəsi çərçivəsində Şəkinin elektrik şəbəkəsini yeniləyir.
Fhnews.az ASC-nin yaydığı məlumata əsasən xəbər verir ki, rayonunun Aran kəndində yenidənqurma işləri baş çatıb. Aşağı Layısqı kəndində isə son tamamlama işləri görülür. Orta Zəyzid və Böyük Dəhnə kəndlərində yenidənqurma işləri davam edir. Adı çəkilən kəndlərdə 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar yenilənir, müasir tipli SIP naqillər çəkilir. Həmçinin köhnə elektrik sayğacları müasirləri ilə əvəz olunur. Yenidənqurma işləri başa çatdıqdan sonra 4 kənddə ümumilikdə, 2 min 500-dən artıq abonent fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.
Balakənin Sarıbulaq və Hənifə kəndlərində də elektrik təsərrüfatının yenilənməsi işləri davam edir. Həmin kəndlərdə 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar, eləcə də köhnə sayğaclar yenilənir. Yenidənqurma işləri ümumilikdə, Sarıbulaq və Hənifə kəndində yaşayan 2 mindən çox abonenti əhatə edir. Arılıqbinə kəndində 160 kVA-lıq komplektləşdirilmiş transformator məntəqəsi quraşdırılıb. Katex kəndində isə yeni güc mərkəzinin quraşdırılmasına start verilib.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...