“Azərbaycanın milli parklarının tanıtımı” tədbirində mindən artıq ziyarətçi iştirak edib
“Biomüxtəliflik - təbiətin harmoniyası” devizi altında Dənizkənarı bulvarda keçirilən tanıtım sərgisi yerli və xarici vətəndaşların yüksək marağı ilə qarşılanıb, milli parkları ziyarət etmək istəyən şəxslərdən çoxsaylı müraciətlər daxil olub.
Fhnews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova məlumat verib.
O bildirib ki, milli parkların tanıtım guşələrində nümayiş etdirilən məlumatlardan, ekoturizmi təbliğ edən informativ nümunələrdən xeyli sayda ziyarətçi yararlanıb.
Səyyarə Məmmədova qeyd edib ki, “Milli parkların tanıtımı” adı altında keçirilən tədbir Azərbaycanda ekoloji turizmin potensialını, bütün ölkəni əhatə edən füsunkar təbiətimizi virtual olaraq bir arada görməyə fürsət yaradıb, istirahət mövsümündə təbiət qoynuna səyahət etmək istəyən yerli və xarici vətəndaşlara seçim imkanı verib.
“Belə kütləvi tanıtım tədbirlərinin davamlı olması nəzərdə tutulur. Məqsədimiz təbiət turizminə, ekoloji turizmə marağı artırmaq, vətəndaşlarımızı daim təbiətlə vəhdətdə olmağa, təbii sərvətlərimizə həssas münasibət göstərməyə sövq etməkdir”, - deyə şöbə müdiri əlavə edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...