Latviya Rusiya vətəndaşlarının ölkəyə giriş məhdudiyyətlərinin müddətini uzadıb
Latviya hökuməti Rusiya vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri gələn ilin martın 4-dək uzadıb.
Fhnews.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ruslar turizm və istirahət məqsədilə respublika ərazisinə daxil ola bilməyəcəklər.
Qeyd edək ki, 2022-ci il 19 sentyabr tarixində Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) və Polşa rusların turizm, mədəniyyət, idman və biznes məqsədləri üçün səyahət etdikləri təqdirdə Şengen zonasına girişini bağlayıblar.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...