Lənkəranda ictimai iaşə obyektində dönər emalı fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində müxtəlif dönərxanalarda mal əti və toyuq əti dönərlərindən götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasında müayinəsi nəticəsində Lənkəran şəhəri, Q.Xiyabanı küçəsi 13A ünvanında yerləşən, fiziki şəxs Cavadov Elvin Tarix oğluna məxsus “Qala Dönər” ictimai iaşə obyektində hazırlanan toyuq əti dönərinin tərkibində E.coli bakteriyası aşkarlanıb.
Fhnews.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, bununla bağlı Agentlik əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı obyektin dönər hazırlanan hissəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, qida obyektində yuyucu və təmizləyici vasitələrin qida ilə təmas halında yerləşdiyi, çarpaz çirklənmənin qarşısını alacaq müvafiq yuma çanaqlarının olmadığı, dönər hazırlanan hissədə kömür məhsullarının saxlandığı, qida məhsullarının yerdən və divardan ara məsafə gözlənilmədən yığıldığı, xammal və yarımfabrikatların temperatur rejiminə əməl olunmadan saxlandığı, eyni zamanda istifadə olunan duru yağ məhsullarının son istifadə müddətinin bitdiyi, çiy dönər ətinin baytarlıq şəhadətnaməsinin mövcud olmadığı məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin dönər hazırlanan hissəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...