Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
Küləkli hava şəraiti ilə bağlı “Rəng xəbərdarlıq sistemi” bu gündən etibarən www.meteo.az saytı (https://meteo.az/index.php?ln=az&pg=443) vasitəsilə əhaliyə çatdırılır.
Fhnews.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
O bildirib ki, ölkə ərazisində küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar sarı, çəhrayı və qırmızı rəng şkalasından istifadə olunmaqla www.meteo.az saytı vasitəsilə əhaliyə, həmçinin müvafiq qurumlara təqdim edilir.
Qeyd edək ki, dünya təcrübəsinə əsaslanan "Rəng xəbərdarlıq sistemi” əhalinin diqqətini daha çox cəlb etmək və küləkli hava şəraiti ilə bağlı xəbərdarlığın əhəmiyyətini vurğulamaq üçün önəmlidir.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...