13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Kuril adaları yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib

04-04-2024

Seysmoloqlar Sakit okeanda Kuril adaları yaxınlığında (Saxalin vilayəti) 4,6 bal gücündə zəlzələ qeydə alıblar.

Fhnews.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsindən TASS-a verilən məlumata görə, yerli sakinlər yeraltı təkanları hiss ediblər.

Zəlzələnin episentri Qornoye kəndindən 94 km cənub-şərqdə, 29 km dərinlikdə yerləşib.

Paylaş: