Körfəz bölgəsində yağan güclü yağışlar bir sıra ölkədə həyata mənfi təsir göstərib
Körfəz bölgəsində yağan leysan yağışlar Oman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Yəməndə həyata mənfi təsir göstərib.
Oman Milli Fövqəladə Halların İdarə Edilməsi Komitəsinin X sosial media platformasında verdiyi açıqlamada şiddətli hava dalğasının təsirini itirdiyi bildirilib.Açıqlamada leysan yağışların vurduğu ziyanın aradan qaldırılması üçün işlərin davam etdiyi vurğulanıb.
Oman xəbər agentliyi ONA-nın dərc etdiyi xəbərdə, leysan səbəbiylə təhlükəsizlik qüvvələrinə 3 gündür kömək çağırışları gəldiyi bildirilib.Xəbərdə yardım əməliyyatları zamanı 1630 vətəndaşın xilas edildiyi, 630 nəfərin təxliyə edildiyi, polis vertalyotları ilə 202 axtarış-xilasetmə uçuş əməliyyatının həyata keçirildiyi vurğulanıb.Xəbərdə şiddətli yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayının 19-a yüksəldiyi, 4 nəfərin isə itkin düşdüyü bildirilir.
Oman Kənd Təsərrüfatı Nazirliyi 14-17 aprel tarixləri arasında ölkəni vuran yağışlar zamanı daşqınlardan qorunmaq üçün tikilmiş 49 bənddə 179 milyon kubmetr su saxladığını açıqlayıb.
Birləşmiş Ərəb Əmirlikləri Daxili İşlər Nazirliyinin bəyanatında ölkəyə təsir edən yağışlı hava dalğasının mənfi təsirləri barədə statistic məlumatlar yer alıb.BƏƏ-nin hava yolu şirkətlərindən biri olan “Fly Dubai” əlverişsiz hava şəraiti ilə əlaqədar dayandırılan uçuşların yenidən başladığını açıqlayıb.
Bəhreynin rəsmi xəbər agentliyi BNA-da yer alan xəbərdə, ölkədə yağan güclü yağışlardan sonra dəyən ziyanın qiymətləndirilməsi və vətəndaşların itkilərinin ödənilməsi istiqamətində işlərin davam etdiyi bildirilib.Bəhreyn Meteorologiya Müdiri Halid Yasin verdiyi yazılı açıqlamada 15-16 aprel tarixlərində ölkədə leysan yağışların təsirli olduğunu açıqlayıb.
Yəməndə isə sel fəlakəti nəticəsində 1 nəfər ölüb.Yəmənin rəsmi xəbər agentliyi SABA-ya danışan Hadramaut qubernatorunun müavini Emin Barezik Hadramaut bölgəsində güclü yağışların səbəb olduğu daşqınlarda bir vətəndaşın həyatını itirdiyi barədə məlumat aldıqlarını bildirib.Yağan leysan və daşqınların həyata mənfi təsir etdiyini deyən Barezik ölkənin şərq bölgəsində bəzi yolların bağlandığını, elektrik və su şəbəkələrində fasilələr olduğunu bildirib. O, Hadhramaut bölgəsində bəzi nəqliyyat vasitələrinin sel altında qaldığını bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...