22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kostanayda daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib

06-04-2024

Qazaxıstanın Rusiya ilə həmsərhəd Kostanay vilayətinin eyni adlı inzibati mərkəzinin hakimiyyət orqanları daşqınlarla əlaqədar şəhərdə fövqəladə vəziyyət rejimi elan edib.

Fhnews.az xəbər verir ki, bu barədə jurnalistlərə şəhər administrasiyasının rəhbəri Marat Jundubayev məlumat verib. O, həmçinin vəziyyətinin daha da pisləşə biləcəyi üçün yerli sakinləri yubanmadan təxliyə etməyə çağırıb.

Qeyd edək ki, aprelin əvvəlindən Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə Qərbi Qazaxıstan vilayətində altı rayon və Uralsk şəhəri su altında qalıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi daşqınlara məruz qalan Atırau vilayətinin Kulsarı şəhərində 2,5 mindən çox binanı su basdığını bildirib. Son məlumata görə, şəhərdən 12 min insan təxliyə edilib.

Qonşu Qırğızıstan təbii fəlakətdən zərər çəkən Qazaxıstana 300 ton humanitar yardım göndərib.

Paylaş: