Kosmik tullantılar Çinin orbital stansiyasına ziyan vurub
Çinin “Tyanqun” orbital stansiyası kosmik tullantılarla toqquşma nəticəsində zərər görüb. Zərbə günəş panellərini zədələyərək stansiyada elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Fhnews.az xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmik Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, “Tyanqun” kosmik stansiyasının “Tyanhe” nüvə modulu elektrik kabellərinə dəyən kosmik tullantılar səbəbindən qismən enerji itkisinə məruz qalıb.
Agentlik konkret olaraq orbital stansiyaya kosmik zibilin və ya mikrometeoritlərin fraqmentlərin dəydiyini açıqlamayıb.
Qeyd edək ki, Çinin “Tyanqun” orbital stansiyası 10 ildən artıq fəaliyyət göstərəcək. O, 3 nəfər üçün (ekipaj rotasiyası zamanı qısa müddətə 6 nəfərə qədər) nəzərdə tutulub. Orbital qurğu 2022-ci ildən normal fəaliyyətə başlayıb və beynəlxalq layihələr üçün əlçatandır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...