Konqoda təbii fəlakət nəticəsində ölənlər və itkin düşənlər var
Konqo Demokratik Respublikasının mərkəzi hissəsində Kasai çayının sahilində baş verən sürüşmə nəticəsində azı 10 nəfər ölüb, 50 nəfər itkin düşüb.
Qeyd olunur ki, faciə Dibaya Lubve yaşayış məntəqəsi yaxınlığında baş verib.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, çökmə bazara gedən kəndlilərin olduğu bərə sərnişinləri endirmək üçün sahilə endiyi anda baş verib. Güclü yağış yağıb, estakadanın üzərindəki sahilin torpağı uçub, bərə və onun sərnişinləri, eləcə də estakadada olan insanlar batıblar.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, 10 cəsəd tapılıb, təxminən 50 nəfər itkin düşüb. Ətraf kəndlərin sakinləri 11 ölü, yeddi yaralı və 60-dan çox insanın itkin düşdüyünü deyirlər. Bərədə sərnişinlərin qeydiyyatı olmayıb. Axtarış-xilasetmə işləri davam edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...