KOBİA Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində “yaşıl KOB” konsepsiyası ilə çıxış edir
Bu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) öz işinə başlayıb. Builki sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “yaşıl KOB” konsepsiyası ilə iştirak edir.
Fhnews.az xəbər verir ki, KOBİA-dan verilən məlumata görə, agentliyin dəstəyi ilə yaradılmış stenddə KOB subyektlərinin və startapların yaşıl layihələri nümayiş olunur. Stenddə 10-a yaxın KOB subyektinin alternativ və bərpaolunan enerji, ətraf mühitə təsirin ölçülməsi, təhlükəli tullantıların emalı və ləğvinə dair müxtəlif cihazlar və qurğular, ağıllı suvarma sistemləri sərgilənir, xidmətlər təklif olunur.
Məqsəd ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” və cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 kimi mötəbər tədbir ərəfəsində yerli “yaşıl KOB”ları və startapların yaşıl layihələrini geniş auditoriyaya tanıtmaq, onların işgüzar əlaqələrini genişləndirməyə dəstək olmaq, KOB-ların yaşıl iqtisadiyyatda rolunun və “yaşıl KOB”ların sayının artırılmasını təşviq etməkdir.
Sərgi çərçivəsində yerli və xarici şirkətlər, eləcə də digər maraqlı tərəflər KOBİA-nın stendinə yaxınlaşmaqla “yaşıl KOB”larla görüşlər keçirə, əməkdaşlıq imkanlarını müzakirə edə bilərlər.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...