22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kiprdən çıxan yardım gəmisi Qəzza sahillərinə çatıb
 

15-03-2024

Aclıqdan əziyyət çəkən fələstinlilər üçün ilk dəniz yardımını daşıyan “Open Arms” gəmisi bu gün Qəzza sahillərinə çatıb.

Fhnews.az Reuters agentliyinə istinadla xəbər verir ki, əsasən Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyyələşdirilən və ABŞ-da yerləşən “World Central Kitchen” xeyriyyə təşkilatı tərəfindən təşkil edilən gəmi Fələstin eksklavına təxminən 200 ton ərzaq yardımı çatdırıb. İspaniyanın “Proactiva Open Arms” xeyriyyə təşkilatı da yardımda iştirak edib.

“Open Arms” gəmisi martın 12-də Kiprin Larnaka limanından Fələstinə doğru yola düşmüşdü. Yaxın günlərdə daha bir yardım gəmisinin Qəzza sahillərinə göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Uzun müddətdən bəri davam edən blokada və bombardman nəticəsində Qəzza zolağında dərin humanitar böhran yaşanır.

Paylaş: