Kipr miqrant böhranının həllində Aİ-yə ümid bəsləyir
Kipr Aralıq dənizinin şərqinin miqrant axını ilə üzləşdiyi üçün Avropa İttifaqını yardım göstərməyə çağırıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, daxili işlər naziri Konstantinos İoannunun açıqlamasına görə, son üç gün ərzində Kiprin cənub-şərq sahillərində ümumilikdə 739 miqrantın olduğu 13 qayığın qarşısı alınıb. O, bütün qayıqların Livan sahillərindən, Kiprdən 200 kilometr cənub-şərqə yola çıxdığını və sərnişinlərin demək olar ki, hamısının Suriya vətəndaşları olduğunu qeyd edib. Rəsmi məlumatlara görə, ilin əvvəlindən qayıqla Kiprə ümumilikdə 2,5 min suriyalı qaçqın gəlib.
Nazir, həmçinin Aİ-nin Livana ayırdığı vəsaitlərin yerli hakimiyyət orqanları tərəfindən ölkə sahilləri və sularının daha yaxşı monitorinqinə sərf olunmasının vacibliyini vurğulayıb.
Kipr Avropa İttifaqına üzv digər dövlətlərlə birlikdə Suriyanın iki bölgəsinin təhlükəsiz zona elan olunmasını tələb edir ki, bu da suriyalı miqrantların geri qayıtmasına imkan verəcək. Bununla belə, Avropa İttifaqının mövcud qaydalarına əsasən, Suriyadan gələn miqrantların qaçqın müdafiəsi hüququ var.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...