Kilsədağ məbəd kompleksi ərazisində arxeoloji qazıntılara başlanıb
Qafqaz Albaniyasının maddi-mədəni irsinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Kilsədağ məbəd kompleksi ərazisində növbəti arxeoloji qazıntılara başlanıb.
Fhnews.az xəbər verir ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan verilən məlumata görə, arxeoloji qazıntılara əsasən ərazidə daha iki ədəd dini-ictimai təyinatlı bina qalıqlarının bünövrəsi müəyyən edilib. Tədqiqat prosesində dairəvi məbəd kompleksi ilə eyni dövrə aid iriölçülü binaların sayı beşə çatıb. Arxeoloji qazıntılar zamanı antik dövr üçün xarakterik olan kərpic və kirəmitdən ibarət tikinti materialları, ilk orta əsrlər və orta əsrlərə aid keramik əşyalar və şüşə qab hissəcikləri aşkar edilib.
Arxeoloji tədqiqatlar iyulun 30-dək davam edəcək. Ekspedisiyanın rəhbəri tarix üzrə fəlsəfə doktoru dosent Natiq Alışovdur.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...