Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub
Keniyada daşqınlar səbəbindən 90-dan çox insan həyatını itirib.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Keniya polisi məlumat yayıb.
Polis əməkdaşı bildirib ki, bu say arta bilər. Sel suları çəkildikcə yeni insan cəsədləri üzə çıxır.
Bir neçə əyalətdə yağan leysan evləri, məktəbləri və müəssisələri su altında qoyub.
Meteoroloqlar yağıntıların ölkənin bir sıra bölgələrində davam edəcəyini, yaxın günlərdə 40-dan çox əyalətdə güclü yağış yağacağını proqnozlaşdırıblar.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...