Keniyada bəndin dağılması nəticəsində 42 nəfər həyatını itirib
Keniyanın mərkəzində yerləşən Nakuru dairəsində bəndin dağılması nəticəsində ən azı 42 nəfər həlak olub.
Fhnews.az France-Presse agentliyinə istinadla xəbər verir ki, bu barədə dairənin qubernatoru Suzan Kixika məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində itkin düşənlər var. Yerli hakimiyyət orqanları bəndin dağılmasına iki aydır davam edən güclü yağışların səbəb olduğunu güman edirlər.
Leysan yağışları nəticəsində baş verən daşqın və torpaq sürüşmələri indiyədək Keniyada 118 nəfərin həyatına son qoyub. Bir çox avtomobil yolları su altında qalıb, 130 mindən çox insan evini tərk etməyə məcbur olub.
Mart ayından bəri yağan aramsız yağışlar Şərqi Afrikanın digər ölkələrinə də zərər vurub. Belə ki, qonşu Tanzaniyada daşqın və torpaq sürüşmələri nəticəsində 155 nəfər ölüb. Uqanda və Burundidə isə ciddi dağıntılar qeydə alınıb. Sinoptiklər qitənin şərqində davam edən güclü yağışların “El Ninyo” iqlim fenomeni ilə bağlı olduğunu hesab edirlər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...