Keniya və Tanzaniyada daşqınlarda 230-dan çox şəxs ölüb
Keniyada son iki ayda yağan güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 76 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə Keniya hökumətinin sözçüsü İsaak Mayqua Mvaura məlumat verib.
Onun sözlərinə görə, son 12 saat ərzində daha 12 nəfər ölüb, bununla da yağışlar nəticəsində ölənlərin ümumi sayı 76-ya çatıb. Daha 29 keniyalı yaralanıb, 19 nəfər itkin düşüb.
Mvaura əlavə edib ki, ölkə boyu çoxsaylı yollar su altında qalıb, 130 mindən çox insan evlərini tərk edib. Onların bir çoxu hökumətdən kömək istəmək üçün paytaxt Nayrobiyə gəlib.
Mart ayından bəri yağan yağışlar Keniya ilə qonşu olan Tanzaniyada da ciddi fəsadlar törədib. Belə ki, sel və torpaq sürüşməsi nəticəsində 155 nəfər ölüb. Uqanda və Burundidə ölümlər və ciddi dağıntılar var.
Afrika sinoptikləri hesab edirlər ki, hazırda qitənin şərqində yağan qeyri-adi güclü yağışların səbəbi El Nino iqlim fenomenidir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...