Keçən il ÜST-nin Avropa regionunda 58 mindən çox qızılca hadisəsi qeydə alınıb
Təkcə keçən il Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda 53 ölkədən 41-də 58 000-dən çox qızılca hadisəsi qeydə alınıb.
Fhnews.az xəbər verir ki, bu barədə ÜST-nin Azərbaycandakı Ofisi məlumat yayıb.
Qeyd olunub ki, 1963-cü ildən etibarən dünyada qızılcaya qarşı peyvənd istifadə olunur: "1974-cü ildən başlayaraq 14 il ərzində qızılca peyvəndi ÜST-nin Avropa regionuna daxil olan 53 ölkənin hamısı tərəfindən tətbiq edilməyə başlanmışdı. Bu səylər nəticəsində qızılca xəstəliyinin yayılması son 50 ildə kəskin şəkildə azalıb. Buna baxmayaraq, pandemiya dönəmində uşaqların vaksinasiya əhatəsi nəzərəçarpan dərəcədə azalması ilə bağlı olaraq qızılca xəstəliyi yenidən baş qaldırmışdır. Təkcə 2023-cü ildə ÜST-nin Avropa regionunda 53 ölkədən 41-də 58 000-dən çox qızılca hadisəsi qeydə alınıb".
Bildirilib ki, bu, cəmiyyətlərimizi qızılca epidemiyasından qorumaq üçün peyvənd əhatəsinin hər zaman yüksək səviyyədə saxlanmasının vacib olduğunu xatırladır: "Unutmayaq ki, peyvənd özümüzü və yaxınlarımızı qorumaq üçün ən təhlükəsiz və ən effektiv üsul olaraq qalır".
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...