13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Kapadokyada balon turları təxirə salınıb

17-04-2024

Turistlərin Kapadokiyanın maraqlı mənzərəsini quşbaxışı ilə izləmələrinə imkan yaradan hava şarı turu bölgədə zaman-zaman intensivliyini artıran külək səbəbindən təxirə salınıb.Meteoroloqların proqnozuna görə, yüksək hündürlükdə sürəti saatda 27 kilometrə çatan küləyin sabah da təsirli olacağı təxmin edilir.

Hava şəraiti normallaşarsa 19 aprel Cümə günündən etibarən balon turları yenidən başlayacaq.Qeyd edək ki, bölgədə balon turları Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Mülki Aviasiya Baş İdarəsi tərəfindən verilən icazə ilə uyğun hava şəraitində həyata keçirilə bilər.

Paylaş: