22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kanadanın qərbində meşə yanğınları yayılmaqda davam edir

14-05-2024
IMG

Son günlər Kanadanın qərbində on yeni meşə yanğını ocağı qeydə alınıb və bununla da ölkə üzrə aktiv yanğınların ümumi sayı 140-a çatıb.

Fhnews.az Kanada mediasına istinadla xəbər verir ki, yanğınların əksəriyyəti ölkənin qərb hissəsində, 46-sı Britaniya Kolumbiyasında, 47-si Alberta ərazisində baş verib. Onların ən təhlükəlisi 4700 nəfərin köçürülməsi əmrinin verildiyi şimaldakı Fort Nelson şəhərinin bir neçə kilometrliyindədir.

Hökumət ölkə üzrə normadan yüksək temperaturun daha böyük yanğınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Kanadada 2023-cü ildəki meşə yanğınları mövsümü ölkə tarixində ən şiddətli təbiət yanğınlarından biri olub. O vaxt 7131 yanğın baş verib və 17 203 625 hektar ərazi yanıb.

Paylaş: