Kanada internetdəki zərərli məzmuna qarşı yeni qanun hazırlayır
Kanadada internetdəki zərərli məzmunla mübarizəni hədəfləyən yeni qanun layihəsi İcmalar Palatasına təqdim edilib. Ölkənin Ədliyyə Naziri Arif Virani təşkil etdiyi mətbuat konfransında bildirib ki, məqsəd kiber zorakılıq və terrorizm, uşaqları özlərinə zərər verməyə təşviq edən, nifrət nitqini ehtiva edən, zorakılığa təhrik edən, uşaq istismarı və razılıq olmadan şəkillərin paylaşılması kimi məzmunlarla mübarizə aparmaqdır.
Virani bildirib ki, internetdəki zərərli məzmunla mübarizə məqsədi daşıyan "Onlayn zərərlər qanunu" adlı qanun layihəsi İcmalar Palatasında nəzərdən keçirilir.
Bazar ertəsi təqdim edilən təxminən 100 səhifəlik qanun layihəsinin İcmalar Palatasında müzakirələrə səbəb olacağı gözlənilsə də, müxalifət partiyaları qanun layihəsini “ifadə azadlığına hücum” kimi qiymətləndirib.
Virani hökumətin qanuni azadlıqları pozmamaq üçün diqqətli olduğunu bildirərək bu narahatlığa cavab verib və "Bu qanun layihəsi ifadə azadlığına zərər vermir"-deyə əlavə edib.
Yeni qanun layihəsinin qazanclarını azaldacağından qorxan sosial platformaların reaksiyasını çəkəcəyinə işarə edən Virani "Mənfəət təhlükəsizlik qarşısında prioritet ola bilməz"- deyib. Virani qanunu pozanları ciddi maliyyə cəzalarının gözlədiyinə diqqət çəkib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...