İxrac neft və qaz boru kəmərində şərti qəzanın aradan qaldırılması ilə bağlı təlim keçirilib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Siyəzən regional idarəsində Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərinin 128,4-cü kilometrliyində “İxrac neft və qaz boru kəmərində baş vermiş fövqəladə halların və şərti qəzanın aradan qaldırılması” mövzusunda aidiyyəti qurumlarla birgə komanda-qərargah təlimi keçirib.
Fhnews.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyət planına əsasən aidiyyəti qurumların cəlb edildiyi təlimin keçirilməsində məqsəd Bakı-Novorossiysk ixrac neft boru kəmərinin və onun infrastruktur obyektlərində baş verə biləcək fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması olub.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...