İtaliyada Natisone çayının daşması nəticəsində üç nəfər itkin düşüb
İtaliyanın Friuli Venesiya Giulia regionunda hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib.
Fhnews.az xəbər verir ki, aramsız yağan leysan yağışları kiçik çayları məcrasından çıxarıb, sel və daşqınlara səbəb olub. Bəzi evləri su basıb, magistral yollar və küçələr su altında qalıb.
Natisone çayının daşması nəticəsində üç yeniyetmə itkin düşüb. Aparılan axtarış-xilasetmə əməliyyatına helikopterlər, mülki-müdafiə briqadalarının qayıqları və dalğıclar cəlb edilib.
Bölgədə hökm sürən əlverişsiz hava şəraiti axtarış-xilasetmə əməliyyatlarına mane olur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...