İtaliya süni intellekt üçün 1 milyard avro investisiya fondu yaradıb
İtaliyanın baş naziri Giorgia Meloni süni intellekt üçün 1 milyard avroluq investisiya fondu yaradacaqlarını və hökumət olaraq bu sektor üçün qanun layihəsi üzərində çalışdıqlarını bildirib.
Meloni "İtaliya üçün Süni İntellekt" proqramına verdiyi videomüraciətdə "Hökumət hazırda təsdiqlənmə mərhələsində olan Avropa tənzimləməsini tamamlayan bəzi prinsip və qaydaların yaradılmasına yönəlmiş qanun hazırlayır və ən təsirli olanı müəyyən etməyi hədəfləyir.”-deyib.
Baş nazir süni intellektə əsaslanan texnologiyaların istifadəsində səlahiyyətli orqan kimi fəaliyyət göstərəcək ən uyğun qurumu müəyyən etmək üçün çalışacaqlarını da bildirib.
Digər tərəfdən, bu gün 5 illik sənaye planını açıqlayan dövlətin nəzarətində olan İtalyan müdafiə sənayesi şirkəti “Leonardo”nun 2024-2028-ci illərdə rəqəmsallaşma yolu ilə rəqabət qabiliyyətinin artırılması, kiber qabiliyyətlərin və innovativ texnologiyaların, o cümlədən süni intellektin inkişafı ilə bağlı Ar-Ge xərclərinə diqqət yetirəcəyi bildirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...