İsveçrənin hidrogen qatarı rekord vurub
İsveçrənin “Stadler” konserni tərəfindən layihələndirilən və inşa edilən hidrogen yanacağı ilə işləyən qatar Ginnesin Rekordlar Kitabına düşüb. “Flirt” modifikasiyasının hidrogen qatarı yanacaq doldurmadan 2803 kilometr məsafə qət edib.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, rekord reys bu yaxınlarda Birləşmiş Ştatların Kolorado ştatındakı sınaq mərkəzində baş tutub. Qatar təxminən 46 saat ərzində 2803 kilometrlik rekord məsafəni qət edib. Şirkətdən verilən məlumata görə, rekord cəhddən əvvəl, səfərin zamanı və ondan sonra bütün telemetrik məlumatlar müfəssəl şəkildə qeydə alınıb ki, Rekordlar Kitabı nümayəndələrinin sınaq yarışının şərtlərinə və nəticələrinə şübhə etmək üçün zərrə qədər əsası olmasın.
“Stadler”dən gələn hidrogenlə işləyən qatarda 108 oturacaq və əlavə dayanacaq yeri var. Qatarın maksimal sürəti saatda 130 kilometrə çatıb. 2021-ci ilin dekabrında akkumulyatorla işləyən İsveçrənin “Flirt” qatarı tək akkumulyatorla işləyən vaqonlar üzrə dünya rekordu vuran qatar kimi artıq Ginnesin Rekordlar Kitabına daxil edilib. Həmin vaxt bu qatar Almaniyada 224 kilometr məsafə qət etmişdi.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...