22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İstiklal küçəsinin gizli tuneli: Rumeli Han keçidi...

27-02-2024

1894-cü ildə İstanbulda İstiqlal küçəsində inşa edilən Rumeli Han digər mehmanxanalarla əlaqə yaratmaq üçün tikilmiş tuneli ilə məşhurdur. Bu gün bu sirli tunel İstanbulu kəşf edənlərin tez-tez getdiyi yerlərdən birinə çevrilib. Binanın ümumi xarakteristikası neoklassik üslubda olsa da, küçə tərəfdən əsas giriş qapısı eklektik üslubdadır. Barokko və imperiya bəzəklərindən geniş istifadə olunub.

İlk zamanlar xalça satıcıları kimi tacirlərin yerləşdiyi pasajda 1895-ci ildə Jan Sezar Rebulun sonradan “Rebul” adlandırılan apteki açılır. Məşhur Abdullah Əfəndi restoranı 1915-ci ildən 1960-cı illərə qədər burada xidmət göstərib. 1990-cı illərdən sonra teatrların və konsert salonlarının, rəssam emalatxanalarının və kafelərin açıldığı mehmanxananın altında gizli tunel də var. Bu tunel Raqıp Əfəndi, Anadolu Han və Afrika Hanın tikdirdiyi digər iki mehmanxanaya bağlıdır.

Keçmişdə camaata qarışmaq istəməyən zadəgan və zənginlərin binalar arasından keçmək üçün tuneldən istifadə etdiyi bildirilir. Tunel Abidələr Ali Şurasının 14 iyul 1978-ci il tarixli və 10538 saylı qərarı ilə qorunmalı olan qədim abidə kimi qeydə alınmışdır. Hazırda burada təmir-bərpa işləri aparılır.

Paylaş: