İstanbulda yanacaq daşıyan maşın partlayıb
İstanbulda yanacaq daşıyan maşının partlaması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Fhnews.az Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbul bələdiyyəsinin məlumatına görə, hadisə şəhərin Asiya tərəfindəki Ataşehir səmtində qeydə alınıb. Yanacaq daşıyan maşının qaynaq işləri zamanı partladığı və daha sonra yanğın başladığı bildirilir.
Göztepe Təhsil və Araşdırma Xəstəxanasına aparılan yaralılardan birinin vəziyyəti ağırdır. Partlayışın dəqiq səbəbləri araşdırılır.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...