22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İstanbulda bayram namazı qılınıb

10-04-2024

İstanbullular Ramazan bayramı namazını qılmaq üçün şəhərdəki tarixi və böyük məscidlərə axışıb. Vətəndaşlar bayram namazını Ayasofya məscidində qılıb.

Səhər saatlarından Ayasofya-ı Kəbir məscidi, Eyüp Sultan, Süleymaniyyə, Sultanahmet, Böyük Çamlıca və Taksim də daxil olmaqla şəhərdəki məscidlər dolub.

İstanbulun müxtəlif yerlərindən gələn insanlar, çoxlu sayda yerli və xarici turist bayram namazını şəhərdəki böyük və tarixi məscidlərdə qılıb.İçəridə yer qalmayınca bəzi vətəndaşlar namazlarını məscidin həyətində qılıblar.

Namazdan sonra İslam dünyası üçün dualar edilib.

Paylaş: