İstanbul Tuzlada fabrikdə yanğın
Tuzla Kocaeli sərhəddində yerləşən boya fabrikində naməlum səbəbdən yanğın baş verib.İşçilər əvvəlcə yanğına müdaxilə etməyə çalışıblar. Lakin yanğın sürətlə böyüyərək bütün fabriki əhatə edib. Zavoddakı seyrelticilər və boyalar alovlananda yanğın çox böyüyüb.
Hadisə yerinə çoxlu yanğınsöndürmə briqadaları göndərilib. Qeyd edək ki, kimyəvi maddələrin yanması səbəbindən fabrikdə vaxtaşırı partlayışlar baş verir.
İstanbulun bir çox rayonunda müşahidə edilən fabrik yanğınına çoxlu xilasetmə briqadaları müdaxilə edir. Yanğınsöndürmə işlərinin uzun müddət davam edəcəyi gözlənilir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...