23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

İstanbul hava limanı Avropanın ən çox uçuş həyata keçirilən aeroportu seçilib

19-02-2024

İstanbul hava limanı Avropada yanvar ayı üzrə ən çox uçuş həyata keçirilən aeroportu müəyyən olunub.

Fhnews.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) Avropa Aviasiya hesabatında vurğulanıb.

Hesabata görə, İstanbul hava limanı yanvar ayında gündə orta hesabla 1308 uçuşla Avropanın ən çox uçuş sayına malik hava limanları siyahısında birinci olub.

Qeyd edək ki, İstanbul hava limanını gündə orta hesabla 1201 uçuşla Londonun “Hitrou”, 1160 uçuşla Amsterdamın “Şiphol” və 1032 uçuşla Parisin “Şarl de Qoll” hava limanları izləyib.

Bundan başqa, İstanbulun Sabiha Gökçen hava limanı gündə orta hesabla 596 uçuşla Avropanın ən sıx uçuş qrafiki olan hava limanları sırasında 10-cu olub.

Paylaş: