22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İsrailin İrana qarşı sanksiya tələbi

14-04-2024

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat İranın İsrailə hücumundan sonra ona qarşı sanksiyaların tətbiqini tələb edib.

Haiat sosial şəbəkədəki paylaşımında İranın ötən gecə hava hücumundan əlavə, İsrailə qarşı İraqda milislər, Yəməndə Husilər və Livanda Hizbullah tərəfindən əlavə hücumlar həyata keçirildiyini bildirib.

“İranın nüvə silahı olmamalıdır” fikrini irəli sürən Haiat “İran təcavüzünün bədəlini ödəməlidir”-deyib.

Haiat İran İnqilabı Keşikçiləri Korpusunun “terror təşkilatı” kimi tanınmalı olduğunu müdafiə edərək, raket sahəsində də daxil olmaqla İrana qarşı “ağrılı sanksiyalar” tələb edib.

Qeyd edək ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla, ümumilikdə 7 nəfər həlak olub.

İran bəyan etmişdi ki, İsrailin İran konsulluğuna hücumu onun ölkə ərazisinə hücum deməkdir və onlar cavab verəcəklər.

İsrail də İranın hücumlarına cavab verəcəyini bəyan edib.Dünən İran yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib və bəzi hərbi hədəflərin vurulduğunu açıqlayıb.

İsrail bildirib ki, hücumların əksəriyyətinin qarşısı hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb, lakin raket cənubdakı hərbi bazaya düşüb.

Paylaş: