İsraildə 250 min il əvvələ aid daş alətlər tapılıb
İsrailin şimalındakı Qaliley bölgəsində yerləşən Sakhnin şəhəri yaxınlığında təxminən 250 min il əvvələ aid daş alətlər aşkarlanıb.
Fhnews.az xəbər verir ki, İsrail antik əsərlər idarəsinin məlumatına görə, ərazidə tapılan çaxmaqdaşı qalıqları onun Orta Paleolit dövründə daş alətlərin qırılması və formalaşdırılması üçün istifadə edildiyini göstərir. Arxeoloqlar həmin dövrdə hələ metal və keramikadan istifadə edilmədiyini, daş alətlərin geniş yayıldığını, çaxmaqdaşının isə kəsici alət kimi, həmçinin torpağın qazılması və digər işlər üçün istifadə olunduğunu söyləyiblər.
Məqalədə bildirilib ki, həmin tapıntılar böyük tarixi əhəmiyyət kəsb edir. Belə ki, onlar məlumatın az olduğu bir dövr haqqında ətraflı informasiya əldə etmək və minilliklər ərzində insanın təkamülünü araşdırmaq üçün yeni imkanlar açacaq.
Tədqiqatçıların fikrincə, növbəti vəzifə bu yerdə məskunlaşan neandertalların (paleolit dövrünün insanları) gündəlik həyat fəaliyyətlərini öyrənməkdir. Arxeoloqlar onların yaşayış şəraitini, sosial strukturlarını və miqrasiyasını tədqiq edərək, Orta Paleolit dövründə həyatın hərtərəfli mənzərəsini anlamağa çalışacaqlar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...