İspaniyanın amfibiya hücum gəmisi Çanaqqala boğazından keçdi
İspaniya Hərbi Dəniz Qüvvələrinə məxsus Juan Carlos I (L 61) amfibiya hücum gəmisi Çanaqqala boğazından keçib.İspaniya Hərbi Dəniz Qüvvələrində xidmət edən 231 metr uzunluğunda və 27 min ton ağırlığında çoxməqsədli amfibiya hücum gəmisi cənubdan Çanaqqala boğazına girdikdən sonra şimala doğru hərəkət edib.Gəmi keçidi zamanı Sahil Polisinin yedək gəmiləri müşayiət edib.
Qeyd edək ki, 202 metr uzunluğunda uçuş göyərtəsinə malik olan gəmidə orta ölçülü vertolyotlar üçün 8, ağır vertalyotlar üçün isə 4 eniş nöqtəsi var.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...