İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib
İspaniyanın Valensiya regionunda 1994-cü ildə tapılmış qılıncın mədəni mənsubiyyəti sübuta yetirilib.
Fhnews.az xəbər verir ki, ev tikintisi zamanı tapılmış “Excalibur” adlı qılıncın mədəni mənsubiyyəti ciddi müzakirə mövzusu idi. Bu günlərdə Valensiya şəhərinin Arxeologiya departamenti artefaktı yenidən tədqiqata cəlb edib.
Radioloji analiz zamanı qılıncın X əsrdə, Kordova xilafəti dövründə hazırlandığı müəyyən edilib. Bu da qılıncın İslam mədəniyyətinə aidiyyətini sübut edir.
Valensiyanın turşu tərkibli torpağında qılıncın kifayət qədər yaxşı qalması onun keyfiyyətli metaldan hazırlandığını sübut edir. Maraqlıdır ki, qılıncın ucu düz deyil, əyri formadadır. Bu da silahın süvarilər tərəfindən istifadəsini asanlaşdırır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...