İspaniya Krallığının “Rəsmi Kredit İnstitutu” ilə təcrübə mübadiləsi aparılıb
Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə İspaniya Krallığının “Rəsmi Kredit İnstitutu” (Instituto de Credito Oficial) arasında təcrübə mübadiləsi çərçivəsində SİF-in nümayəndələri İspaniyanın Madrid şəhərinə səfər edib.
Fhnews.az xəbər verir ki, SİF-dən verilən məlumata görə, səfər sözügedən qurumun təcrübəsinin öyrənilməsi və SİF-in beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə həyata keçirilib.
Görüşlərdə hər iki qurumun fəaliyyət istiqamətləri barədə məlumat verilib, maliyyə mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.
“Instituto de Credito Oficial” bir sıra maliyyə mexanizmləri, o cümlədən kredit, zəmanət, səhm kapitalına yatırım, vençur kapitalı, ixrac maliyyə mexanizmləri vasitəsilə bizneslərə dəstək olur, dövlət və ya özəl layihələrin maliyyələşdirməsini həyata keçirir.
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...