İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarına dair görüş keçirilib
Sahibkarlar işğaldan azad olunmuş ərazilərdə işəgötürənlər üçün nəzərdə tutulan güzəştlər, əməyin birgə maliyyələşdirilməsi qaydaları barədə məlumatlandırılıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məşğulluq imkanlarına dair məlumatlandırılması məqsədilə tədbir təşkil edilib.
Fhnews.az xəbər verir ki, KOBİA-dan verilən məlumata görə, onlayn formatda keçirilən görüşdə İqtisadiyyat Nazirliyinin, KOBİA-nın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Təbirdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürən və işçilər arasında münasibətlərin tənzimlənməsi, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün qanunvericilikdə nəzərdə tutulan güzəştlər, əməyin birgə maliyyələşdirilməsi qaydaları, peşə kursları barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...