22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İranda memarlıq və mədəni zənginliyin simvolu: Məscid-i Şah

13-05-2024
IMG

İranın Səlcuqlu və Səfəvi dövlətlərinin paytaxtı olmuş İsfahan şəhərində dünyanın ən böyük meydanlarından biri olan Nəqşi Cahan meydanında yerləşən əzəmətli Məscid-i Şah ölkədə İslam dövrünün memarlığını əks etdirən şah əsərlərdəndir.  Böyük günbəzlə örtülmüş məscidin içərisi əsas ibadət yeri kimi istifadə olunur, bu günbəzdəki mavi bəzəklər isə göz oxşayır. Məkana daxil olan işıq məscidin hər tərəfinə xoş bir şəkildə yayılaraq bu mavi bəzəkləri daha da qabarıq göstərir.

İsfahanın Nəqşi Cahan meydanında yerləşən 4 abidədən biri olan İmam məscidi meydanın cənub tərəfindədir. Məscidin inşası 1612-ci ildə Şah Abbasın sifarişi ilə başlasa da 1629.-1631-ci illərdə Şah Səfinin hakimiyyəti dövründə başa çatmışdır. Məscidin cənub-qərb və cənub-şərqindən birləşən mədrəsələrin tikintisi və dizaynı barədə dəqiq tarix yoxdur.

İlk inşa edildiyi dövrdə məscid Məscid-i Şah, Məscid-i Sultani-i Cədid, Cami-i Abbasi kimi adlarla anılsa da, 1979-cu il İran İslam İnqilabından sonra adı dəyişdirilərək Məscid-i İmam və ya o Məscid-i Şah olmuşdur.

Məscidin tikintisində əsas məqsəd Cümə namazlarını qılmaq üçün Cümə məscidini əvəz edəcək bir binanın inşaası idi. Şəhərdəki ən böyük gümbəzə malik olan məscidin ətrafında Şeyx Bəhai tərəfindən 2 dini mədrəsənin eləcə də qış məscidinin tikintisi də planlaşdırılmışdı. Şah hələ sağlığında məscidin tikintisinin başa çatmasını arzulayırdı. Bu məqsədlə tikintinin sürətlə irəliləməsinə nail olmaq üçün bir sıra addımlar atıldı. Beləki şah məscidin memarlarından biri olan Əbül Qasımın məscidin bünövrəsinin çökmə təhlükəsi altında olması ilə bağlı xəbərdarlığına belə məhəl qoymadı və tikintinin davam etdirilməsi barədə göstərişlərini verdi. Lakin memarın xəbərdarlığı özünü doğrultdu.

Nəticədə 1662-ci ildə məscidin yenidən əsaslı təmirə ehtiyacı oldu.Memarlar məscidi ucuz və sürətli həft-rəng piltələri ilə bəzədilər. Bu işə ustad xəttat Rza Abbasi rəhbərlik etmişdir. Nəhayət 1629-cu ildə Şahın ölümündən bir neçə ay sonra məscidin tikintisi başa çatdırıldı.

Paylaş: