İqtisadiyyat Nazirliyində “Indra Sistemas" şirkətinin vitse-prezidenti ilə görüş keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov İspaniyanın "İndra Sistemas" şirkətinin vitse-prezidenti Luis Permuy ilə görüşüb.
Fhnews.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə "Indra Sistemas" şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələr və Azərbaycanda istehsalın lokallaşdırılması üçün potensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı dövrdə əməkdaşlıq planları müzakirə edilib.
Qeyd edək ki, İT və kommunikasiya xidmətləri, İT konsaltinq, avtomatlaşdırılmış sınaq avadanlıqları və digər sahələrdə ixtisaslaşmış İspaniyanın “Indra Sistemas" şirkəti dünyanın 46 ölkəsində fəaliyyət göstərməklə 140-dan çox ölkə ilə biznes tərəfdaşlığı qurub.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...