İqtisadiyyat naziri “Saipem” şirkətinin icraçı direktoru ilə enerji tərəfdaşlığının vəziyyətini müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Saipem” şirkətinin icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.
Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, görüşdə ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan energetika layihələrinin önəmi qeyd edilib, yaşıl enerji və dekarbonizasiya sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər, SOCAR-la beynəlxalq tərəfdaşlar arasında reallaşdırılan layihələr barədə məlumat verilib.
Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.
Tərəflər enerji tərəfdaşlığının mövcud vəziyyəti və birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...