22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İqlim dəyişikliyinin  Cənubi Asiya ölkələrinə mənfi təsiri

02-05-2024
IMG

Ümumdünya Meteorologiya Təşkilatının ötən ay açıqladığı "Asiya İqlim Vəziyyəti 2023" hesabatına görə, hava, iqlim və su ilə bağlı fəlakətlər səbəbindən dünyada ən çox zərər çəkən region Cənubi Asiya olub. 1961-1990-cı illərdən bəri qitədə həddindən artıq istiləşmə tendensiyası demək olar ki, iki dəfə artdığı halda, 2023-cü ildə havanın orta temperaturu 1991-2020-ci illər dövrünə nisbətən 0,91 dərəcə artaraq ikinci ən yüksək temperatur olaraq qeydə alınıb.

Yaponiya 2023-cü ildə tarixinin ən isti yayını yaşasa da, Çindəki milli meteoroloji stansiyaların təxminən 70 faizində termometrlər 40 dərəcədən yuxarı ölçülüb və 16 stansiyada temperatur rekordları qırılıb. Hindistanda 2023-cü ilin aprel və iyun aylarında isti vurması nəticəsində 110 nəfər ölüb.

Yay mövsümü ərəfəsində Asiyada, xüsusilə Hindistan və Taylandda yüksək temperaturlar təsirli olmağa başlayıb. Temperaturun 41,9 dərəcəyə yüksəldiyi Kerala ştatında ötən bazar günü 2 nəfər istidən dünyasını dəyişib. Taylandda isə ilin əvvəlindən istilərdən ölənlərin sayı 30-a yüksəlib.

Paylaş: