İqlim dəyişikliyi səbəbindən dünya iqtisadiyyatı hər il 38 trilyon dollar gəlir itirə bilər
Hesablamalara görə, dünya iqtisadiyyatı 2050-ci ilə qədər qlobal temperaturun artması ilə əlaqədar 19 faiz gəlir itkisi ilə üzləşəcək ki, bu da orta illik 38 trilyon dollar iqtisadi itkiyə uyğundur.
Son 40 ildə dünyanın 1600-dən çox regionundan alınan empirik məlumatlara əsaslanaraq, Potsdam İqlimə Təsirin Tədqiqatları İnstitutunun alimləri dəyişən iqlim şəraitinin iqtisadi artıma gələcək təsirlərini və bu təsirlərin davamlılığını qiymətləndiriblər.
Önümüzdəki 26 ili əhatə edən araşdırmaya görə, karbon emissiyaları bu gündən xeyli azalsa belə, dünya iqtisadiyyatı iqlim dəyişikliyi səbəbindən 2050-ci ilə qədər 19 % gəlir itkisinə məruz qala bilər. Bu zərər qlobal temperatur artımını 2 dərəcəyə qədər məhdudlaşdırmaq üçün lazım olan yumşaldıcı xərclərdən altı dəfə çoxdur.
Bu çərçivədə qlobal temperatur artımının dünya iqtisadiyyatına vurduğu zərərin hər il orta hesabla 38 trilyon dollara çata biləcəyi təxmin edilir və bu məbləğin 2050-ci ilə qədər illik 19-59 trilyon dollar arasında olacağı hesablanır. Bu iqtisadi itkilər əsasən artan temperatur və onun yaratdığı dəyişkənlik ilə bağlıdır.
Potsdam İqlimə Təsirin Tədqiqatları İnstitutunun alimi və tədqiqatın aparıcı müəllifi Maksimilian Kotz araşdırmanı qiymətləndirməsində Şimali Amerika və Avropa da daxil olmaqla əksər bölgələrdə ciddi gəlir azalmasının proqnozlaşdırıldığını bildirib : “Bu vəziyyətdən ən çox Cənubi Asiya və Afrika təsirlənir.Bunlar iqlim dəyişikliyinin kənd təsərrüfatı məhsuldarlığı, əmək məhsuldarlığı və ya infrastruktur kimi iqtisadi artımla bağlı müxtəlif elementlərə təsiri ilə əlaqədar."
Alimlərin fikrincə, təhlillər iqlim dəyişikliyinin bütün ölkələrə, o cümlədən Almaniya, Fransa və ABŞ kimi inkişaf etmiş ölkələrə qarşıdakı 26 il ərzində böyük iqtisadi ziyan vuracağını göstərir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...