İqlim dəyişikliyi Braziliyada “denge” qızdırmasının yayılmasını asanlaşdırır
Yeni araşdırmaya görə, iqlim dəyişikliyi nəticəsində davam edən isti hava dalğaları, natamam urbanizasiya və müəyyən bölgələrdə əhalinin sıx məskunlaşması Braziliyada “denge” qızdırmasının yayılmasına əhəmiyyətli dərəcədə təsir edir.
Fhnews.az Nature saytına istinadla xəbər verir ki, biologiya elmləri sahəsində ixtisaslaşan “Oswaldo Cruz” Fondu xəstəliyin az yayıldığı ölkənin cənub və orta qərb bölgələrində yoluxmaların artacağı ilə bağlı xəbərdarlıq edib. Bu artım quraqlıq və daşqınlar da daxil olmaqla, ekstremal meteoroloji hadisələrin artması ilə əlaqələndirilir.
Braziliya bu ilin əvvəlindən bəri “denge” qızdırması epidemiyasından əziyyət çəkir və yoluxmaların artması doqquz ştatda fövqəladə vəziyyət rejiminin elan edilməsinə səbəb olub. Virus “Aedes aegypti” ağcaqanadları tərəfindən ötürülür və bəzi hallarda ölümcül ola bilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2009-cu ildən bəri “denge” qızdırmasına yoluxma halları kəskin şəkildə artıb. Dünya əhalisinin yarısının “denge” qızdırmasına yolu
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...