13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

İngiltərədə 390 milyon il əvvələ aid dünyanın ən qədim ağac fosilləri tapılıb

08-03-2024

İngiltərənin cənub-qərbində 390 milyon il əvvələ aid dünyanın ən qədim meşəsinə aid ağac fosilləri tapılıb.CNN-nin xəbərinə görə, alimlər fosilləri Bristol kanalının cənub sahilində, Minehead şəhərindəki parkın yaxınlığındakı qumdaşı qayalıqlarında tapıblar.
Kembric Universitetinin alimləri yeni tapılan 390 milyon illik fosillərin Nyu Yorkdakı ən qədimi olduğu düşünülən fosillərdən 4 milyon il daha yaşlı olduğunu açıqlayıb.

Araşdırmada ağacların Yerdəki həyatın okeanlardan quruya çıxdığı Devon dövrünə, yəni 419-358 milyon il əvvələ aid olduğu təsbit edilib. Araşdırmanın aparıcı müəllifi, Kembric Universitetinin Yer Elmləri bölməsinin müəllimi Neil Davies calamophyton kimi tanınan ağacların palma ağaclarına çox bənzədiyini, lakin yarpaqlarının olmadığını deyib.

Ağaclar 2-4 metr hündürlüyündə olub  nazik və içi boş gövdələrindən çıxan budaqlar nazik tumurcuqlara bənzər strukturlarla örtülür və böyüdükcə budaqlar aşağı tökülür. Ağacların kök sistemlərində çöküntüləri tutaraq çay sahilləri və sahil xətləri əmələ gətirdiyini izah edən Davies  ağacların yerə düşən budaqlar sayəsində isti və quru bir iqlimdə meşə dibində yaşayan onurğasız canlılar üçün nəmli bir yaşayış mühiti təmin etdiyini, qrupun ayaq izlərini və quyruq sürükləmələrini araşdırdığını ifadə edib. 

Fossillərin tapıldığı "Cəllad Qumtaşı Formasiyası" kimi tanınan qayaların o dövrdə İngiltərədə deyil, indiki Almaniya və Belçika ərazisi  olan bölgəyə aid olduğu qeyd edilir.

Paylaş: