24 noyabr 2024, bazar Bakı, 12°C
IMG-LOGO

İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 26-ya çatıb

11-03-2024

İndoneziyanın Qərbi Sumatra əyalətində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Fhnews.az “The Straits Times” qəzetinin saytına istinadla xəbər verir ki xilasedicilər daha 11 nəfərin itkin düşdüyünü bildirib və ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.

Qərbi Sumatrada baş verən daşqın əyalətin doqquz rayonunda ciddi fəsadlara səbəb olub. Məcrasından çıxan çaylar Pesisir Selatan rayonundakı dağlıq kəndlərdə 37 mindən çox ev və binanı su altında qoyub. Daşqınlar həmçinin 26 körpüyə, 45 məscidə və 25 məktəbə ziyan vurub, 13 yolu və iki suvarma sistemini dağıdıb. Təbii fəlalət nəticəsində 80 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Hakimiyyət orqanlarının məlumatına əsasən, əyalətdə elektrik enerjisinin kəsilməsi, körpülərin zədələnməsi və yolların palçıqla dolması xilasetmə əməliyyatlarına mane olur.

Qeyd edək ki, 17 mindən çox adadan ibarət İndoneziyanın dağlıq ərazilərində güclü yağışlar tez-tez daşqınlara və torpaq sürüşmələrinə səbəb olur.

Paylaş: